Hakiminin dələduzluqda təqsirləndirilən qardaşının məhkəməsində şahidlər prosesə məcburi gətiriləcək

hakiminin deleduzluqda teqsirlendirilen qardasinin mehkemesinde sahidler prosese mecburi getirilecek

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

 

APA-nın xəbərinə görə, iclasda şahidlərin prosesə gəlmədiyi bildirilib. Məhkəmə şahidlər haqqında məcburi gətirilmə qərarı çıxarıb. Buna görə də proses noyabrın 22-dək təxirə salınıb. 

İttihama görə, M. Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, M. Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. Həmin şirkətin təsisçisi Ələsgər Ömərov bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

 

O, İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sel sulari agsu cayinin yatagini genislendirib yol ve evler tehluke qarsisindadir
    Sel suları Ağsu çayının yatağını genişləndirib, yol və evlər...
  • 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib
    ® “Azercell” “SABAH” Karyera Qış Məktəbi layihəsində ...
174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0949
 
RR
0.03