Hüquq-mühafizə orqanlarının adından külli miqdarda dələduzluq edən şəxsin məhkəməsi başlayıb

huquq muhafize orqanlarinin adindan kulli miqdarda deleduzluq eden sexsin mehkemesi baslayib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Şükürovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda məhkəmə baxış iclasının vaxtı təyin edilib.

 

Proses oktyabrın 19-da davam edəcək.

 

Qeyd edək kk, bu il aprel ayında daxili işlər orqanları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pullarını mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.

 

Vətəndaş Asif Əsədullazadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini Rövşən Şükürov saxlanılıb. Onun yaşadığı evdən hüquq-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:06 23 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • babek prospektinde su xetlerinin cekilisi mayda basa catdirilacaq
    Babək prospektində su xətlərinin çəkilişi mayda başa çatdırı...
  • abs sefiri ve xanimi zengilan rayon 4 sayli orta mektebini ziyaret edibler
    ABŞ səfiri və xanımı Zəngilan rayon 4 saylı orta məktəbini z...
abs sefiri ve xanimi zengilan rayon 4 sayli orta mektebini ziyaret edibler abs sefiri ve xanimi zengilan rayon 4 sayli orta mektebini ziyaret edibler +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301