İsmayıllıda zəncirvari avtoqəza olub, yaralılar var

İsmayıllı rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərində qeydə alınıb. Taksi sürücüsü 1993-cü il təvəllüdlü Əlislamlı Asim Elton oğlu 90-KB-263 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı kanalizasiya quyusundan suyun fontan vurması səbəbindən idarəetməni itirib və avtomobili qarşıdan gələn 99-FL-865 dövlət nömrə nişanlı “Mercedes” və 90-EE-048 dövlət nömrə nişanlı “VAZ 014” markalı minik avtomobillərinə çırpıb.

 

Hadisə nəticəsində Asim Əlislamlı və “VAZ 014” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Hüseynov Namiq Nəriman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib
    Penitensiar Xidmətin ərazisində yanğın söndürülüb - YENİLƏNİ...
  • dunya banki vergiler nazirliyi ile novbeti 2 ilde emekdasliq sahelerini mueyyen edib
    Dünya Bankı Vergilər Nazirliyi ilə növbəti 2 ildə əməkdaşlıq...
dunya banki vergiler nazirliyi ile novbeti 2 ilde emekdasliq sahelerini mueyyen edib dunya banki vergiler nazirliyi ile novbeti 2 ilde emekdasliq sahelerini mueyyen edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301