Lənkəranda 4 otaqlı ev yanıb

lenkeranda 4 otaqli ev yanib

Lənkəranda yaşayış evi yanıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1973-cü il təvəllüdlü Ənvər Əmən oğlu Xosrovova məxsus yaşayış evində yanğın baş verib. Dərhal hadisə yerinə  FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

 

Ümumi sahəsi 120 m2 olan dördotaqlı birmərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanıb. Yanğın başlayan zaman evdə ailə üzvlərindən heç kim olmadığından hadisədən gec xəbər tutulub. Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma  aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287