Masallıda yol qəzasında 4 nəfər xəsarət alıb

masallida yol qezasinda 4 nefer xesaret alib

Masallıda yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində 50-BU-623 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil ilə 15-BK-670 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə ikisi ağır olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb. Bunlar "VAZ 2106"-ın sürücüsü 1991-ci il təvəllüdlü Natiq Ədalət oğlu Ağayev və onun sərnişinləri - 1991-ci il təvəllüdlü Pərviz Əhməd oğlu Şahmarov, 1987-ci il təvəllüdlü Elvin Ədalət oğlu Həsənov və "VAZ 2107”-in sürücüsü 1970-ci il təvəllüdlü Abış Nasir oğlu Abbasovdur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

 

Xəsarət alanlardan E.Həsənov əməliyyata götürülüb. Onun vəziyyəti ağırdır. A. Abbasovun vəziyyəti isə kafi qiymətləndirilir.

 

Digər iki yaralı - P. Şahmarov və N.Ağayev isə ambulator müalicəyə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:07 22 Aprel
Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboyda mikroavtobus vaz la toqqusub 3 nefer xesaret alib yenilenib
    Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət al...
  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
tbiliside enenevi cay festivali kecirilib tbiliside enenevi cay festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279