Mədət Quliyev: "Bu gün ölkədə əmin-amanlıqdır, ona görə də Azərbaycana turist axını var"

medet quliyev bu gun olkede emin amanliqdir ona gore de azerbaycana turist axini var

"Bu gün Azərbaycan dünyada tanınır. Ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan bir gün dünyaya Günəş kimi saçacaq. Bax bu gün biz bunun şahidi oluruq".

 

APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

 

M. Quliyev Azərbaycana turist axınını buna misal göstərib: "Turistlər hər hansı narahatlıq olan, təhlükəsiz sayılmayan ölkəyə gələrlərmi? Təbii ki, gəlməzlər. Bu gün Azərbaycanda əmin-amanlıqdır, ona görə də turistlər ölkəmizə gəlir. Bugünkü gənclər artıq 10-15 il əvvəlki deyillər. Onlar tam azad, müasir dünyanın insanlarıdır. Bu da Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin məntiqi nəticəsidir. Azərbaycan prezidenti İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Azərbaycan tolerantlığı və dini dözümlülüyü ilə dünyaya nümunədir. Dinindən, irqindən asılı olmayaraq, bütün insanlar ölkəmizdə özlərini çox rahat hiss edirlər. Mədəniyyətimiz sürətlə inkişaf edir. İslam Həmrəyliyi Oyunları Heydər Əliyev tərəfindən əsası qoyulan, prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasətin bir nümayişidir. Bu gün Azərbaycan idmançıları yarışlarda çoxsaylı qələbələr əldə edirlər. Ancaq əsas məqam odur ki, belə bir mötəbər idman yarışı Azərbaycanda keçirilir. Bunun özü artıq Azərbaycan üçün bir qələbədir".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ