Məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən qadın vərəm dispanserinə yerləşdirilib

mehbuslarin qacmasina komek etmekde teqsirlendirilen qadin verem dispanserine yerlesdirilib

Xüsusi təyinatlı vaqondan qaçan məhbuslara kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyevada vərəm xəstəliyi aşkarlanıb.

 

APA-nın xəbərinə görə, G. Atakişiyeva Penitensiar Xidmətin vərəmli məhkumların saxlandığı 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirilib. Onun müayinəsi davam etdirilir.

 

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

 

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

 

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər  barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bundan başqa, Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sel sulari agsu cayinin yatagini genislendirib yol ve evler tehluke qarsisindadir
    Sel suları Ağsu çayının yatağını genişləndirib, yol və evlər...
  • 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib
    ® “Azercell” “SABAH” Karyera Qış Məktəbi layihəsində ...
174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0949
 
RR
0.03