Narkotik alverində təqsirləndirilən basketbolçunun məhkəməsi başlayıb

narkotik alverinde teqsirlendirilen basketbolcunun mehkemesi baslayib

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 


APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama əsasən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Toğrul Əsgərovun Bakıda kirayədə yaşadığı evindən 3 kiloqram 500 qram tiryək aşkarlanıb.

 

Toğrul Əsgərov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham edilir.
 

Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, basketbolçu olduğunu bildirib: "Ölkənin bir neçə basketbol klubuda təmsil olunmuşam. "Qala" basketbol klubunun üzvü olmuşam. Həbs olunan gün evimizdə təmir işləri gedirdi”. 

Proses yanvarın 18-də davam edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki seheri 8 nomreli tam orta mektebe kerim kerimovun adi verilib
    Bakı şəhəri 8 nömrəli tam orta məktəbə Kərim Kərimovun adı v...
  • uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib
    Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb...
uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.016
 
RR
0.0296
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ