Nazirin qardaşına qarşı dələduzluq edən şəxsin məhkəməsi davam etdirilib

nazirin qardasina qarsi deleduzluq eden sexsin mehkemesi davam etdirilib

‪Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi iclasda bildirilib ki, S. Nəbiyev qarşı tərəfin şikayəti olmadığını notarial qaydada təsdiq edilmiş sənədlə məhkəməyə təqdim etməlidir.

 

‪Buna görə proses sentyabrın 20-dək təxirə salınıb.

 

Qeyd edək ki, prokuror əvvəl S. Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ancaq iş üzrə məhkəmə istintaqı yenilənib.

 

İttihama görə, 2015-ci ildə S. Nəbiyev Əlikram Camalova birgə biznes qurmağı təklif edərək ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə. Camalov razılaşıb və 2015-ci il noyabrın 3-də Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S. Nəbiyev vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S. Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

 

Zərərçəkmiş Əlikram Camalov kəndli-fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ