Qəzada xəsarət alan neftçi xəstəxanada ölüb

qezada xesaret alan neftci xestexanada olub

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada xəsarət alan işçilərdən digəri də ölüb.

 

Baku Medical Plazadan APA-ya bildirilib ki, ağır kəllə-beyin xəsarəti alan qazma köməkçisi, 1965-ci il təvəllüdlü Fikrət Gözəlovun meyiti artıq ailəsinə təhvil verilib.

 

Qeyd olunub ki, xəstəxanaya gətirildiyi gün onda beyin ölümü başlayıbmış. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, noyabrın 3-də "Qaradağ" sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz" İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib. Xəsarət alan digər qazma köməkçisi Cavad Ədilov lazımi müayinələrdən keçirildikdən sonra həmin gün evə buraxılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiyenin meshur agir atleti naim suleymanoglu defn edilib fotosessiya
    Türkiyənin məşhur ağır atleti Naim Süleymanoğlu dəfn edilib ...
  • qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib
    Qaxda çətin keçilən dağlıq ərazidə yanğın söndürülüb - YENİL...
qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285