Qətldə təqsirləndirilən Rusiya vətəndaşının məhkəməsi başlayıb

qetlde teqsirlendirilen rusiya vetendasinin mehkemesi baslayib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və Azərbaycan vətəndaşı Razumnıy Dmitri Aleksandroviçin məhkəmə iclası başlayıb.

 

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

 

Hazırlıq iclası noyabrın 22-nə təxirə salınıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Neftçilər prospektində binanın qarşısında meyit tapılıb. Meyiti tapılan şəxsin 46 yaşlı Yelena Sandradinova olduğu, meyitin elə həmin binanın pəncərəsindən atıldığı məlum olub.

 

İstintaq zamanı məlum olub ki, Rusiya Federasiyasının vətəndaşı Samir Zenyukov, paytaxt sakini Dmitri Razumnıy Neftçilər prospektindəki binada 3-cü mərtəbədəki mənzildə tanışları Yelena Sandradinova və Alla adlı qadınla birgə məclisdə iştirak ediblər.

Gecə saatlarında spirtli içkinin təsiri altında olan şəxslər arasında insident yaranıb. Bu zaman onlar 41 yaşlı Yelenanı döyüblər. Daha sonra S. Zenyukov və D. Razumnıy ağır xəsarətlər alan qadını pəncərədən küçəyə atıblar.

Onlar Allanı da döyüb evdən qovublar. Polisin keçirdiyi əməliyyat nəticəsində hər iki şəxs saxlanılıb. Onlar törətdikləri əməli etiraf ediblər.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sel sulari agsu cayinin yatagini genislendirib yol ve evler tehluke qarsisindadir
    Sel suları Ağsu çayının yatağını genişləndirib, yol və evlər...
  • 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib
    ® “Azercell” “SABAH” Karyera Qış Məktəbi layihəsində ...
174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0949
 
RR
0.03