Qonşusunu şişlə öldürən şəxs apellyasiya şikayətindən imtina edib

qonsusunu sisle olduren sexs apellyasiya sikayetinden imtina edib

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Səxavət Mehdiyevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

APA-nın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda S. Mehdiyevin vəkili çıxış edərək apellyasiya şikayətindən imtina etdiklərini deyib. Buna görə, apellyasiya baxışına xitam verilib.

 

Qeyd edək ki, qətl hadisəsi bu il martın 6-da Xətai rayonu, Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib. Səxavət Mehdiyev qonşusu, Ağdam rayon sakini, əvvəllər məhkum olunan 46 yaşlı Müşfiq Şükürovu şişlə qətlə yetirib, sonra könüllü Xətai RPİ 35-ci polis bölməsinə gedərək, təslim olub. 

İstintaqla müəyyən edilib ki, yuxarı mərtəbədə yaşayan Müşfiq Şükürovun televizor və maqnitafona dəfələrlə yüksək səs verməsi qonşuların narazılığına səbəb olub. Səxavət Mehdiyev buna görə elektrik naqillərini kəsib. Onların arasında mübahisə yaranıb, M.Şükürovun söyüş söyməsindən hiddətlənən S.Mehdiyev şişlə qonşusunun bədəninə ağır xəsarət yetirib. 


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Mehdiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • berlinde xocali soyqiriminin 26 ci ildonumu ile elaqedar simpozium kecirilib
    Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar sim...
  • gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib
    Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda müasir istixa...
gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301