Sabirabadda mikroavtobus aşıb, iki nəfər ölüb, 10 nəfər xəsarət alıb - YENİLƏNİB-1 SİYAHI

Sabirabad rayonunda mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə,  1949-cu il təvəllüdlü Baxşıyev Xələf Əsgəralı oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobus radar dirəyinə dəyərək aşıb.

 

 

Hadisə nəticəsində Sabirabad rayon sakini, 20 yaşlı Abbasova Gülzar Sakit qızı və 1946-cı il təvəllüdlü Zərbəliey Teymur Xanhüseyn oğlu ölüb.

 

Sürücüsü və mikroavtobusda olan sərnişinlər - 1986-cı il təvəllüdlü Amil Əhmədov, 1968-ci il təvəllüdlü Şəhla Abbasova, 1992-ci il təvəllüdlü Çimnaz Rəhmətova, 1957-ci il təvəllüdlü Böyükkişi Ağayev, 1963-cü il təvəllüdlü Zeynəb Novruzova, 1988-ci il təvəllüdlü Şakir Həsən oğlu Hüseynov, 1992-ci il təvəllüdlü Mahir Həsən oğlu Hüseynov, 1991-ci il təvəllüdlü Kamran Ələkbərov, 19974-cü il təvəllüdlü Bəylər Quluzadə xəsarət alıblar.

 

Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.      

 

Onlardan 4-nün vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalara yola salınıblar. 

 

***

 

12:33

 

Sabirabad rayonunda mikroavtobus aşıb.

 

APA-nlın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Sabirabad rayon mərkəzinə gedən yolda qeydə alınıb.

 

Mikroavtobusun aşması nəticəsində Sabirabad rayon sakini, 20 yaşlı Abbasova Gülzar Sakit qızı və1946-cı il təvəllüdlü Teymur Zərbəlieyin öldüyü, 7 nəfərin xəsarət aldığı bildirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:04 22 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zakir hesenov minske gedib
    Zakir Həsənov Minskə gedib
  • azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib
    “Azər-Türk Bank” Bakı və Qəbələdə “ASAN xidmət” mərkəzində P...
azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0865
 
RR
0.03