Şamaxıda keçmiş məhkum ögey anasını qətlə yetirib - YENİLƏNİB

samaxida kecmis mehkum ogey anasini qetle yetirib yenilenib

Şamaxı rayonunda törədilən müəmmalı qətlin üstü açılıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızını öldürən şəxsin kimliyi məlum olub.

 

Hadisəni bir neçə il əvvəl vəfat etmiş ev sahibi Hacı Bağırovun birinci arvadından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Bağırovun törətdiyi müəyyənləşib. Bildirilir ki, qadın amansızlıqla qətlə yetirildikdən sonra meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qətlin izinin itirilməsi məqsədilə quyuya daş, torpaq və ağac qırıntıları tökülüb. Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Məlumata görə, Hacı Bağırovun hər iki arvadı və övladları eyni həyətdə yaşayıb.

 

Badam Bağırovanın övladı dünən məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polisə məlumat verib. Ötən gün axşam saatlarında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.


Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, R. Bağırov daha əvvəl 8 il məhkumluq həyatı yaşayıb və bu yaxınlarda həbsxanadan çıxıb.


***

 

13 noyabr 

22.18

 

Şamaxı rayonunda qətl hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb.

 

Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızı naməlum şəxs tərəfindən öldürülərək meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qadının meyitinin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb. Bu gün axşam saatlarında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

 

Qətl hadisəsinin kim tərəfindən və nə üçün törədilməsi hələ ki, məlum deyil. Araşdırma zamanı məlum olub ki, mərhum Badam Bağırova bir neçə il öncə dünyasını dəyişən həyat yoldaşının ikinci arvadı olub. Onun ərinin birinci arvadı və oğlu hazırda mərhum Badam Bağırovanın öldüyü həyətdə yaşayır.

 

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

        

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
  • imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya
    İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum...
imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285