Sevdiyi qızın xalası oğlunu öldürən şəxsə hökm oxunub

sevdiyi qizin xalasi oglunu olduren sexse hokm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Sadıqov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, İ. Sadıqov sevdiyi qızın xalası oğlunu qətlə yetirib. İbrahim Sadıqov Günel Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona G.Əsgərovanın xalası oğlu İslam Hüseynov cavab verib. İbrahim Sadıqov Günellə danışmaq istəsə də, xalası oğlu buna icazə verməyib. Bu zaman İbrahim Sadıqov daha əvvəl tanıdığı İslam Hüseynovla zarafat edərək "Güneli anası ilə birlikdə qaçıracağam" deyib. İ. Sadıqovun bu zarafatı İslam Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Onlar telefonda mübahisə etməyə başlayıblar. Daha sonra tərəflər bu mübahisəni "həll etmək" üçün görüşüblər. Bakıda Nərimanov rayonu ərazisindəki görüş yerinə İbrahim Sadıqov tək İslam Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İslam Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında onlar yenə də mübahisə ediblər və İbrahim Sadıqov üzərində gətirdiyi bıçaqla İslam Hüseynova çoxlu zərbə endirib.
 
33 yaşlı İslam Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

İbrahim Sadıqov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə təqsirli bilinir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti pyotr porosenko ile gorusub
    Azərbaycan prezidenti Pyotr Poroşenko ilə görüşüb
  • prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib
    Prezident İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət e...
prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.0123
 
RR
0.0291