Şirvanda fərdi yaşayış evinin çardağı çöküb, xəsarət alan var

Şirvan şəhərində birmərtəbəli fərdi yaşayış evinin dam örtüyü təmir zamanı çöküb, bir nəfər ağır xəsarət alıb

 

APA-nın Mil-Muğan bürosunun  verdiyi məlumata görə, ötən gün Şirvan şəhəri, M.Mirzəyev küçəsi 17/d ünvanında fərdi yaşayış evinin dam örtüyünün uçması nəticəsində 1986-cı il  təvəllüdlü Əliyev Rövşən Ramiz oğlu dağıntılar altında qalaraq ağır xəsarətlər alıb. Dam örtüyünün uçmasına səbəb aparılan təmir işləri səbəb olub. Nəticədə dağıntılar altında köməksiz vəziyyətdə qalan R.Əliyevi hadisə yerinə cəlb olunmuş FHN Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri tərəfindən çıxarılıb. Yaralı təcili tibbi yardım maşını ilə Şirvan şəhər xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

 

Yaralının vəziyyəti orta-ağır stabildir.  

 

***** 18.02

 

Bu gün Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət almış vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:52 24 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • vekiller kollegiyasinin rehberliyi konstitusiya mehkemesinde olub
    Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində...
  • bakida bir cox ustunlukleri olan yeni serfeli omega taksi xidmeti fealiyyete basladi
    ®Bakıda bir çox üstünlükləri olan yeni, sərfəli “OMEGA” taks...
bakida bir cox ustunlukleri olan yeni serfeli omega taksi xidmeti fealiyyete basladi bakida bir cox ustunlukleri olan yeni serfeli omega taksi xidmeti fealiyyete basladi +2
MƏZƏNNƏ
FOREX
/ 24 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0948
 
RR
0.0302