Şirvanda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

sirvanda hemyerlisini bicaqlayan sexs saxlanilib

Şirvanda həmyerlisini bıçaqlayan 23 yaşlı gənc şəxs saxlanılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə Şirvan sakini, 1994-cü il təvəllüdlü Əliyev Qərib Oruc oğlu aralarında baş verən münaqişə zəminində həmyerlisi, 1976-cı il təvəllüdlü Dadaşov Elmar Əlövsət oğlunu bıçaqlayıb.

 

Sonuncu qarının ön divarının daxilə nüfuz edən kəsilib-deşilmiş yarası və qara ciyərin zədələnməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsində əməliyyat olunub. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən E. Dadaşovun vəziyyəti orta ağır kimi qiymətləndirilir.  Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:08 24 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • boyuk britaniyada xocali soyqiriminin 26 ci ildonumu munasibeti ile anim merasimi kecirilib
    Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasib...
  • sirvan sakini gulle yarasi alib
    Şirvan sakini güllə yarası alıb
sirvan sakini gulle yarasi alib sirvan sakini gulle yarasi alib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301