Şirvanda oğurluq edən şəxsin özü oğurluğa məruz qalıb

sirvanda ogurluq eden sexsin ozu ogurluga meruz qalib

 Şirvanda 20 yaşlı gənc evdən qızıl-zinət əşyaları oğurlayıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü İsmayılov Coşqun Rövşən oğlu şəhər sakininin evindən 1500 manat dəyərində qızıl-zinət əşyaları və 750 manat dəyərində noutbuk, ümumilikdə 2250 manat dəyərində oğurluq edib. Şirvan Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində C. İsmayılov şübhəli şəxs qismində saxlanılaraq barəsində şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Müəyyənləşdirilib ki, C. İsmayılov oğurladığı qızıl-zinət əşyalarını gizlətdiyi zaman onu görən tanışı, 1995-ci il təvəllüdlü Röyal Məhərrəməli oğlu Xələfov sonradan birincidən xəbərsiz qızıl-zinət əşyalarını götürərək əlbir olduğu tanışları - 2000-ci il təvəllüdlü Gündüz Elxan oğlu Mirzəyev, 2000-ci il təvəllüdlü Əlizamin Əlövsət oğlu İsmayılov və 1993-cü il təvəllüdlü Əsgər Tərlan oğlu Məmmədovla birlikdə lombarda qoyaraq əldə olunan pulu aralarında bölüb. Şirvan polisi tərəfindən bu şəxslər də istintaqa cəlb edilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ