Siyəzəndə oğurluq edən şəxs bir il sonra saxlanılıb

siyezende ogurluq eden sexs bir il sonra saxlanilib

Siyəzən rayonunda ötən il törədilən oğurluq faktının üstü açılıb. DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində nəqliyyat vasitələrindən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.

Siyəzən rayon sakini ötən ilin sentyabrın 17-də RPŞ-nə müraciət edərək, ona məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə ümumi dəyəri 870 Azn olan 3 mobil telefon və 2 gün eynəyi oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Nazim Hüseynov saxlanılıb. Saxlanılan zaman onun üzərindən bıçaq götürülüb.

 

N. Hüseynov dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mecburi kockun ailelerinin terterdeki yeni seherciye kocurulmesine baslanilib
    Məcburi köçkün ailələrinin Tərtərdəki yeni şəhərciyə köçürül...
  • erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq
    Ərdoğan: “Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alın...
erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301