Siyəzəndə restorandan oğurluq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb

Siyəzən. Vəli Turan – APA. Siyəzəndə rayon sakin Xalıqov Əlyusif Rza oğluna məxsus “Buta” restoranından oğurluq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən restoran sahibi ona məxsus obyektdən 2 ədəd televizor və 1 ədəd  peyk aparatının oğurlanması barədə məlumat verib.

 

Bundan başqa? Siyəzən sakini Əbdülov Mübariz Mustafa oğlu Siyəzən RPŞ-ya müraciət edərək Heydər Əliyev küçəsində yerləşən mağazadan 06 fevral 2016-cı ildə 80 manat pul və 110  manat dəyərində müxtəlif malların oğurlandığını bildirib.

 

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan faktların 1987-ci il təvəllüdlü, Siyəzən şəhər sakini, əvvəl məhkum olunan  Bəylərov İlkin Novruz oğlu tərəfindən törədilməsi müəyyən olunub. O, saxlanılaraq istintaqa təhvil verilib. İ. Bəylərov barəsindı cinayət məcəlləsinin 177.2.2,177.2.3 və177.2.4-cü maddələri üzrə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kiyevde qarsidurmalar zamani iki polis emekdasi xesaret alib
    Kiyevdə qarşıdurmalar zamanı iki polis əməkdaşı xəsarət alıb...
  • turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2
    Türkiyədə törədilən partlayış nəticəsində yaralananların say...
turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2 turkiyede toredilen partlayis neticesinde yaralananlarin sayi 18 nefere catib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 18 Oktyabr, 2017

USD
1.7003
 
EUR
2.0028
 
RR
0.0297