Ucarda yaşayış evi yanıb, yaralanan var

ucarda yasayis evi yanib yaralanan var

Ucarda fərdi yaşayış evi  yanıb.

 

APA-nın yerli bürosunu xəbərinə görə, hadisə bu gün axsam saatlarında  şəhərin Oğuz küçəsində  baş verib.

 

Rayon sakini, 1963-cı il təvəllüdlü Eyvaz Şıxəli oğlu Hacıyevə  məxsus 1 mərtəbəli 3 otaqlı evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin  texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamı ilə yanaraq kül olub.  Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı yaşayış evləri və digər tikililər yanğından mühafizə olunub.

 

Ev sahibi yanıq xəsarəti ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.   Məlumata görə, ruhi xəstə olan E. Hacıyev evi özü yandırıb. Fakt araşdırılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:04 22 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zakir hesenov minske gedib
    Zakir Həsənov Minskə gedib
  • azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib
    “Azər-Türk Bank” Bakı və Qəbələdə “ASAN xidmət” mərkəzində P...
azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0865
 
RR
0.03