Ucardakı qətlin hansı zəmində törədildiyi məlum olub

ucardaki qetlin hansi zeminde toredildiyi melum olub

Ucarda ata və oğulun – Tehran və Samir Zahidovların bıçaqlanması və atanın ölümü ilə nəticələnmiş hadisənin bəzi təfərrüatları məlum olub.                                                                                                   

 

APA-nın yerli bürosunun xəbərinə görə, cinayət Zahidovlar ailəsinin yaşadığı evin yaxınlığında törədilib. Hadisə Nurlan İsayev və Samir Tehran oğlu Zahidov arasında minik avtomobili ilə bağlı baş vermiş münaqişə zəminində baş verib.   

 

Qeyd edək ki, olay ötən gecə saat 23:30 radələrində baş verib. Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Tehran Salman oğlu Zahidov və onun oğlu, 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hadisəni törədən Nurlan İsayev tutularaq istintaqa cəlb olunub. Faktla bağlı rayon Prokurorluğunda müvafiq maddələrlə cinayət işi başlanıb. Məlumata görə, qətlə yetirilən Tehran Zahidov SSRİ Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı Vəsilə Zahidovanın qardaşı oğludur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mecburi kockun ailelerinin terterdeki yeni seherciye kocurulmesine baslanilib
    Məcburi köçkün ailələrinin Tərtərdəki yeni şəhərciyə köçürül...
  • erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq
    Ərdoğan: “Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alın...
erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301