Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var

Yevlaxda ağır yol qəzası baş verib.

 

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə Yevlax rayonu ərazisində baş verib.

 

“VAZ-2106” markalı  “66 BM 071” dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək idarəetməni itirib və yol kənarına düşüb.

 

İlkin məlumata görə, hadisə nəticəsində  yaralananlar var. Yaralılar Yevlax Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə,  qəza zamanı avtomobildə  4 nəfər olub.  

 

Hazırda qəzanın səbəbləri və zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbilisinin meshur restoranlarindan birinde yangin bas verib yenilenib
    Tbilisinin məşhur restoranlarından birində yanğın baş verib ...
  • beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib
    Beynəlxalq Sərgilər Bürosu missiyasının Bakıya səfərinin yek...
beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Aprel, 2018

USD
1.7
 
EUR
2.1043
 
RR
0.028