Azərbaycanlı xanım beynəlxalq mükafata layiq görülüb

azerbaycanli xanim beynelxalq mukafata layiq gorulub

Azərbaycanlı xanım Hindistanda keçirilən Dünya Qadınlarının İqtisadi Forumunda “Hamımız üçün Yaxşı Dünya Yaradan - İkonik Qadın” ("Iconic Women Creating

a Better World for All”) ali mükafata layiq görülüb.

 

APA-nın məlumatına görə, liderlik, gender və inkişaf üzrə ekspert Şəmsiyyə  Mustafayeva bu mükafata qadınların inkişafına verdiyi töhfəyə görə layiq görülüb.

Ş. Mustafayeva forumda ölkəmizi təmsil edən yeganə xanımdır.

 

Qeyd edək ki, forumda 150-dən artıq ölkədən nümayəndə heyəti iştirak edib. 520-dən çox qadın liderin qatıldığı forumda müxtəlif sahələr üzrə, əsasən yaradıcılıq, innovasiya, özünü inkişaf, gələcəyə baxış, təhsil, karyera istiqamətlərini əhatə edən müzakirələr aparılır.

 

Ş. Mustafayeva hazırda liderlik, gender və inkişaf üzrə ekspert olmaqla yanaşı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorunun müşaviri və Strateji İnkişaf şöbəsinin müdiridir. O, əvvəllər ADA Universitetinin elmi işlər üzrə prorektor müavini, Amerikanın Sülh Korpusunun Təlim Direktoru vəzifəsində çalışıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ramil quliyev men iki olkenin bayragini ucaltmisam musahibe
    Ramil Quliyev:“Mən iki ölkənin bayrağını ucaltmışam”-MÜSAHİB...
  • azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib
    Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçiri...
azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ