APA TV-nin "YouTube"dəki abunəçilərinin sayı 150 mini ötüb

"APA Holding"ə daxil olan APA TV-nin "YouTube" sosial şəbəkəsindəki kanalının abunəçilərinin sayı 150 min nəfəri ötüb. 

 

APA-nın məlumatına görə, aprel ayının göstəricilərinə əsasən, Azərbaycandan olan kanallar arasında APA TV-nin “YouTube kanalı" 4-cü yerdədir.

 

Hazırda kanalı 150.000-dən çox abunəçi izləyir. Ümumilikdə yüklənən 31.500-dən çox videonun 160 milyondan çox baxış sayı var. Kanalda yer alan videoların mövzudan asılı olaraq minimal baxış sayı 2000, maksimal sayı isə 2,3 milyondur.

 

Qeyd edək ki, APA TV-nin “YouTube kanalı" 100 min abunəçi sayını keçdikdən sonra bu sosial şəbəkə tərəfindən "YouTube button" emblemini alıb.

 

Xatırladaq ki, APA TV 31 oktyabr 2012-ci ildə qeydiyyatdan keçib. “APA Servis” MMC-nin tərkibində fəaliyyət göstərən televiziya baş direktor və Yaradıcılıq Şurası tərəfindən idarə olunur. APA TV-də ictimai-siyasi, maarifləndirici, sosial, dini, elmi, iqtisadi verilişlər təqdim olunur. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
  • cambridge assesment english in numayendeleri hedef liseyinde olublar
    “Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyind...
cambridge assesment english in numayendeleri hedef liseyinde olublar cambridge assesment english in numayendeleri hedef liseyinde olublar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279