Azərbaycan prezidenti Dünya Xəbər Agentlikləri Konqresinin iştirakçılarını qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.

 

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti Dünya Xəbər Agentliklərinin V Konqresinin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb:

 

“Dünən biz görüşmüşdük. Dünənki çıxışımda qeyd etdiyim kimi, bu qlobal tədbirə ev sahibliyi etmək böyük şərəfdir. Dünyanın bu qədər çoxlu sayda aparıcı xəbər agentliklərinin nümayəndələrinin Bakıda toplaşması çox əlamətdar haldır. Bu, ölkəmizin təqdimatı üçün yaxşı imkan yaradır. Dünən qeyd etdiyim kimi, müstəqil ölkə kimi Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, zəngin tarixə, ənənələrə, mədəniyyətə malik bir ölkədir. Ümidvaram ki, sizin gəzintilərə çıxaraq Azərbaycanın bir sıra tarixi yerlərini görmək və Azərbaycan haqqında daha çox məlumat əldə etmək imkanınız olacaq. Çünki biz hələ də özümüzü təqdim etmək üçün çox işlər görməliyik. 25 illik dövr bunun üçün kifayət deyil. Bu baxımdan biz dünya miqyasında müxtəlif tədbirlər, o cümlədən mədəniyyət sahəsi, iqtisadi potensialımızın təqdim edilməsi ilə bağlı tədbirlər keçiririk. Lakin təqdimatın ən yaxşı yolu qonaqlara burada ev sahibliyi etməkdir. Xüsusilə, o qonaqları ki onlar gündəlik işlərində beynəlxalq ictimaiyyəti dünyada gedən proseslərlə məlumatlandırırlar. Buna görə, bu baxımdan fikrimcə, Bakıda bu Konqresin keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.

 

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal isə görüş iştirakçılarının bir çoxunun son üç ildə bir neçə dəfə Azərbaycana səfər etdiyini, Bakıdakı inkişaf proseslərini görməkdən çox məmnun olduqlarını bildirib: “Bizim bugünkü görüşümüzdə dünyanın hər yerindən xəbər agentliklərini təmsil edən insanlar toplaşıb və onların bir qismi sizə suallar vermək istəyindədir. Mən burada bütün Konqres iştirakçıları adından danışmaq istərdim. Biz Konqresdə sizin dünənki nitqinizin təəssüratları altındayıq və fikrimcə, hər bir iştirakçı xüsusilə sizin ingiliscənizə valeh olub. Yəqin, buradakı həmkarlarım üçün də maraqlıdır ki, sizin ingiliscəniz necə olur ki, bu səviyyədədir. Bu, bir möcüzədir. Buradakı iştirakçıların bir çoxu son üç ildə bir neçə dəfə ölkənizə səfər edib. Biz Bakıdakı inkişaf proseslərini görməkdən çox məmnunuq və siz dünənki nitqinizdə bu barədə danışdınız. Bizim həmkarlarımızın bir hissəsi Azərbaycanın müxtəlif yerlərində, kiçik kəndlərdə, o cümlədən Qafqaz dağlarında yerləşən, əgər düz tələffüz edirəmsə, Xınalıq kəndində olub. Bizi orada qonaqpərvərliklə qarşıladılar, səhər yeməyi verdilər və bu, bizdə sizin ölkənizlə bağlı dolğun təəssürat yaratdı”.

 

Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn isə tədbirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycan prezidentinə minnətdarlığını ifadə edib: “Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər yüksək səviyyədədir. Biz dost ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirməliyik”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23:25 19 Sentyabr
13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada guclu zelzele bas verib azi 42 nefer olub yenilenib
    Meksikada güclü zəlzələ baş verib, azı 42 nəfər ölüb - YENİL...
  • fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2
    FHN Salyanda 4 qadının ölümü ilə nəticələnən qəza ilə bağlı ...
fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2 fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ