Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Avropa Qəzetçilər Dərnəyinin təşkilatçılığı ilə tədbir keçirilib. 


APA-nın xəbərinə görə, tədbirdə çıxış edən dərnəyin Azərbaycan nümayəndəliyinin rəhbəri Afaq Fərzəlibəyova bildirib ki, dərnək Azərbaycanda 10 ildən artıqdır fəaliyyət göstərir və bu müddətdə böyük işlər görülüb.

 

Onun sözlərinə görə, dərnəyin əsas fəaliyyəti türkdilli ölkələr arasında əməkdaşlığa dəstək vermək, təhsil, mədəniyyət və digər sahələrdə baş verən yenilikləri işıqlandırmaqdır: "Avropa Qəzetçilər Dərnəyinin dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri var. Dərnək həm də Azərbaycanda bir sıra maarifləndirmə tədbirləri həyata keçirib, Türkiyə və Azərbaycanda siyasət və mədəniyyət xadimlərini mükafatlandırıb". 


Sonra dərnəyin fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib. 


Milli Məclisin deputatı Adil Əliyev çıxışında bildirib ki, Azərbaycanın Avropaya inteqrasiyasında dərnəyin rolu böyükdür: "Azərbaycanın dünyada tanıdılmasına, həqiqətlərimizin ölkə hüdudlarından kənarda tanıdılmasında böyük işlər görülür və görülməlidir. Çünki Azərbaycan hazırda işğala məruz qalan dövlətdir və buna görə biz haqq səsimizi dünyaya çatdırmalıyıq. Bu baxımdan belə dərnəklərin fəaliyyəti təqdirəlayiqdir və buna hər kəs dəstək verməlidir". 


Milli Məclisin deputatı Musa Qasımlı isə deyib ki, dərnək Azərbaycan və Türkiyənin mətbuat nümayəndələrinin fəaliyyətini əlaqələndirmək baxımından böyük əhəmiyyətə malikdir. O, Azərbaycan mətbuatının bugünkü fəaliyyətindən razı olduğunu, lakin bəzi nöqsanların aradan qaldırılmasının vacibliyini qeyd edib: "Məsələn, Ermənistan saytlarında verilən məlumatları olduğu kimi yaymaq lazım deyil. Bəzi saytlar var ki, bunu edir. Yazırlar ki, Ermənistan mətbuatı yazdığı kimi, Dağlıq Qarabağda erməni əsgəri ölüb. Bununla, sanki qondarma rejimi tanımış oluruq. Yazmaq lazımdır ki, Azərbaycan ərazisində erməni əsgəri məhv olub. Yəni, bəzi məqamlara xüsusi diqqət etmək lazımdır. Deyirlər ki, cəbhədə həlak olan şəhidlər Şəhidlər Xiyabanında dəfn olunmalıdır, yer olmadığı üçün bunu etmirlər. Ancaq belə deyil. Hər bir şəhid doğulduğu kənddə dəfn olunmalıdır ki, o kəndin məktəbliləri, ictimaiyyət nümayəndələri üçün mütəmadi ziyarət asan olsun və bir qürur mənbəyinə çevrilsin". 


Tədbir çıxışlarla davam etdirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ