Əflatun Amaşov: "Elnurun hərbçi kimi təqdim olunması düşmən dəyirmanına su tökməkdir"

eflatun amasov elnurun herbci kimi teqdim olunmasi dusmen deyirmanina su tokmekdir

“Mən erməni saytlarını mütəmadi olaraq izləyirəm. Onlar Elnur Hüseynzadə ilə bağlı məsələlərə geniş yer verir və bizim media orqanlarına davamlı istinad edirlər. “İstipress.az” saytının Elnurun anasının fikirlərinə yer verilən  videonun tərcümə olunmadan belə erməni saytlarında yayımlanmasını gördüm. Buna çox təəssüfləndim”.

 

Bu sözləri APA-ya açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. O bildirib ki, media bu sayaq hadisələrdə həssas olmalıdır: “Mətbuat Şurası medianın belə məqamlarda həssas olması ilə bağlı dəfələrlə çağırışlar edib. Elnurun anasının fikirlərinin yer aldığı video yayımlandıqdan sonra mən müvafiq qurumlarla müzakirələr apardım. Həqiqət budur ki, Elnur ordudan tərxis olunub, hazırda o, rəsmən mülki şəxs statusundadır. Lakin bir sıra saytlar bunu nəzərə almayıb. Yaradılan mənzərə budur ki, guya Azərbaycan hərbçisi Ermənistan tərəfə keçib. Hesab edirəm ki, belə təqdimat Elnurun geri qaytarılmasında da problem yaradacaq. Təbii ki, Elnurun hərbçi kimi təqdim olunması ideoloji müharibə baxımından da yolverilməzdir. Bu, düşmən dəyirmanına su tökməkdir, ölkənin informasiya təhlükəsizliyinə təhdiddir. İstərdim ki, media orqanları məsələnin həssaslığını dərk etsinlər. Bu, eyni zamanda, ən böyük peşəkarlıq göstəricisi olardı. Təəssüf ki, “istipress.az” saytı və ona istinad edənlərin timsalında biz bunu görmədik”.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, ermənilərin əlinə düşən E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub, hazırda hərbi xidmətdə deyil. Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:09 25 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
  • istanbul metrosunda yangin olub
    İstanbul metrosunda yanğın olub
istanbul metrosunda yangin olub istanbul metrosunda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ