Gürcüstanda media özünütənzimləmə orqanlarının konfransı keçirilir

 

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Kaxetiyada medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti ikigünlük konfransı başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər il Gürcüstan Jurnalist Etikası Xartiyasının təşkilatçılığı ilə media özünütənzimləmə qurumlarının illik konfransı keçirilir.

Konfransda 12 ölkədən (Ukrayna, Ermənistan, Azərbaycan, Moldova, Belarus, Serbiya, Çernoqoriya, Rusiya, Albaniya, Bosniya və Herseqovina, Makedoniya və Kosovo) və mətbuat şuralarının nümayəndələri iştirak edirlər. İki gün davam edəcək toplantıda Azərbaycanı Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli təmsil edir. Tədbir Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi əsasında baş tutub. Konfransın keçirilməsində məqsəd KİV azadlığı, peşəkarlıq və plüralizmin gücləndirilməsidir.

Tədbirdə şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. MŞ sədri Ə.Amaşov özünütənzimləmə orqanlarında etik dilemmalar mövzusunda məruzə edib, rəhbərlik etdiyi qurumun timsalında mövcud sahədə meydana çıxan problemlərdən söz açıb.

 

MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli media təbliğatındakı spesifik cəhətlər ətrafında məruzə edib.

 

Tədbir sabah davam edəcək. Sonda konfrans media özünütənzimləmə orqanlarının regional media şəbəkəsi haqqında sənəd qəbul edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 11 Dekabr
19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • diplomatlar beynelxalq teskilatlarin numayendeleri ve kiv temsilcilerinin tertere seferi baslayib yenilenib
    Diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və KİV t...
  • dtx nin emekdasi dunya cempionu olub
    DTX-nin əməkdaşı dünya çempionu olub
dtx nin emekdasi dunya cempionu olub dtx nin emekdasi dunya cempionu olub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
2.0024
 
RR
0.0287