İnternetdə zərərli informasiyaların yayılmasının qarşısının alınmasına dair qanun layihələri hazırlanıb

internetde zererli informasiyalarin yayilmasinin qarsisinin alinmasina dair qanun layiheleri hazirlanib

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası  keçirilib.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova iclasın gündəliyinə “İnformasiya, informasiyalaşdırma  və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin daxil edildiyini bildirib.

 

B. Muradova deyib ki, hər iki sənəd prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olub: “Bu dəyişikliklər informasiya  sahəsində və telekommunikasiya  sistemində vəziyyəti  daha  yaxşı  tənzimləmək məqsədi daşıyır. Düzəlişlər internetdə mövcud olan qanunazidd fəaliyyətin aradan qaldırılmasına  kömək edəcək”.

 

Milli Məclis aparatının Dövlət  quruculuğu  üzrə  qanunvericilik şöbəsinin müdiri Mirhəşim  Seyid “İnformasiya, informasiyalaşdırma  və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliyin internet  informasiya resurslarından təhlükəsizliyin  təmin  edilməsi  məqsədi daşıdığını nəzərə çatdırıb. Bunun üçün  qanuna  yeni  fəsil, yeni  maddələrin  əlavə olunması təklif edilir.  Beləliklə, internet  informasiya  resurslarının yaradılması, uçotu, yayılması, bəzi informasiyaların yayılmasının qarşısının alınması və buradan irəli gələn digər münasibətlər  tənzimlənəcək.

 

İclasda qeyd edilib ki, “Telekommunikasiya  haqqında” qanunda təklif edilən  dəyişikliklər telekommunikasiya resurslarının  kibertəhlükəsizliyini təmin etmək, baş vermiş kiberhücumların  mənbələrini müəyyən etmək, istifadəçilərə qarşı yönəlmiş elektron  təhlükələrin, gələcəkdə  baş verəcək  kiberhücumların qarşısını almaq üçün ölkədə internet  xidməti  göstərən operatorların və provayderlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləmək məqsədi daşıyır.  

 

Millət vəkilləri Yevda  Abramov, Əflatun Amaşov, Tahir Kərimli, Astan Şahverdiyev, Elman Nəsirov, Hikmət  Məmmədov, Flora Qasımova, Fazil Mustafa, Sona Əliyeva çıxış  edərək  hər iki  sənədlə  bağlı fikirlərini  bildiriblər. İclasda  iştirak  edən nəqliyyat, rabitə və yüksək texnologiyalar  nazirinin müavini Elmir Vəlizadə hər iki qanun layihəsinin ölkədə ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verəcəyini vurğulayıb.

 

Komitə  üzvləri  qanun  layihələrini  məqsədəuyğun hesab  ediblər. Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida milli suranin mitinqi kecirilib yenilenib
    Bakıda Milli Şuranın mitinqi keçirilib - YENİLƏNİB
  • bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib
    Bakıda ilk dəfə olaraq ekstremal “Mübarizlər” yarışı təşkil ...
bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ