Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrinin media konfransı keçirilir

kiyevde serq terefdasligi olkelerinin media konfransi kecirilir

Ukraynanın paytaxtı Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrinin media konfransı keçirilir.

 

APA-nın məlumatına görə, konfransda Şərq Tərəfdaşlığı ölkələrindən, o cümlədən Azərbaycandan olan media təmsilçiləri, ekspertlər iştirak edir.  Tədbirin açılışında Avropa genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın video müraciəti dinlənilib. O, ictimai fikrin formalaşmasında medianın böyük rol oynadığını bildirib. Komissar qeyd edib ki, tədbir noyabrda Brüsseldə keçiriləcək Şərq tərəfdaşlığı sammiti öncəsi çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, medianın iqtisadi dayanıqlığını təmin etmək bu konfransın əsas mövzularından birini təşkil etməlidir. Y. Hann tədbirin çox məhsuldar müzakirələrə yol açacağına ümid etdiyini bildirib. 

 

Tədbirdə Avropa İttifaqına sədrlik edən Estoniyanın xarici işlər naziri Sven Mikser də iştirak edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • novxanida avtoq za olub xesaret alan var
    Novxanıda avtoqәza olub, xəsarət alan var
  • cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib
    Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursat aşkarlanıb...
cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9959
 
RR
0.0287