Londonda Dünya Xəbər Agentlikləri Konqresinin Şura iclası keçirilib

Martın 6-da Londonda Dünya Xəbər Agentlikləri Konqresinin növbəti Şura iclası keçirilib.

 

APA-nın məlumatına görə, iclasda Azərbaycanın AZƏRTAC, Britaniyanın Press Association, Reuters, ABŞ-ın Associated Press, Rusiyanın TASS, Bolqarıstanın BTA, Küveytin KUNA və İspaniyanın EFE agentliklərinin rəhbərləri və nümayəndələri, Ərəb Ölkələri Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər.

 

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri, Press Association agentliyinin icraçı direktoru Klayv Marşal 2016-cı il noyabrın 16-17-də Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə V Konqresin Bakıda yüksək səviyyədə keçirildiyini bildirib, buna görə təşkilatçılara minnətdarlığını çatdırıb.

 

AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda məruzə ilə çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən V Konqresin nəticələri barədə məlumat verib. Təşkilati məsələlərə toxunan A.Aslanov qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini önə çəkib. Bildirib ki, Konqresin BMTUNESCO tərəfindən tanınması üçün bu beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirib, qeydiyyat ilə bağlı müzakirələr aparılmalıdır. Konqresin 13 il əvvəl qəbul edilən Nizamnaməsində ciddi dəyişikliklər olunmasının vacibliyini vurğulayan məruzəçi Bakı Konqresində Şuranın prezidenti və vitse-prezidenti postlarının yaradıldığını bildirib, bu məsələnin də Nizamnaməyə əlavə olunmasının əhəmiyyətini diqqətə çatdırıb.

 

İclasda Aslan Aslanovun təklifi əsasında Nizamnamə üzərində işləmək və təklifləri toplamaq üçün qrup yaradılıb. Bu təkliflər Şuranın növbəti iclaslarında müzakirə ediləcək və Dünya Xəbər Agentliklərinin Sofiyada keçiriləcək VI Konqresində təsdiq olunacaq. Eyni zamanda, AZƏRTAC-ın baş direktorunun təklifləri nəzərə alınaraq Şurada müxtəlif sahələr üzrə komissiyaların yaradılması barədə razılıq əldə olunub.

 

İclasda Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq məsələləri, yeniliklərin tətbiqi, mövzular ətrafında müzakirələr aparılıb. Bolqarıstanın BTA agentliyi tərəfindən təşkil ediləcək Dünya Xəbər Agentliklərinin VI Konqresinin 2019-cu ilin iyununda keçirilməsi qərara alınıb. Növbəti Şura iclası bu ilin oktyabrında Sofiyada toplanacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyada rusiya ordusunun generali helak olub
    Suriyada Rusiya ordusunun generalı həlak olub
  • ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya
    Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət ...
ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ