Mətbuat Şurasında veteran jurnalistlərin yubileyləri qeyd edilib

Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış veteran jurnalistlər Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileylərinə həsr olunmuş toplantı keçirilib. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, tədbir jurnalistika peşəsinə dəyər verən şəxslərin əməyinin qiymətləndirilməsi baxımından zəruridir.

 

Bundan sonra Ə. Amaşov tanınmış diktor, xalq artisti E. Bayram və T. Yusifovu rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

 

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə yubilyarlara məclisin xatirə hədiyyəsini təqdim edib.

 

M. Süleymanzadə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları hər iki yubilyarın ömür yolundan söz açaraq xatirələrini bölüşüblər. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:04 17 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida indoneziyanin musteqilliyinin ildonumu ile elaqedar merasim kecirilib
    Bakıda İndoneziyanın müstəqilliyinin ildönümü ilə əlaqədar m...
  • islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib
    “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı müba...
islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ