Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyası növbəti iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, ilk olaraq iclasda Tovuz rayonunun Qovlar Şəhər Bələdiyyəsinin “Yuk.az” saytı ilə bağlı şikayətinə baxılıb.

 

Müzakirə zamanı müəyyənləşdirilib ki, adları MŞ-nın “qara siyahı”sında olan bir sıra qəzetlər özlərinin mətbu reketliyinin davamını saytlara transfer ediblər. Qeyd olunub ki, şikayətdə adı çəkilən “Yuk.az” saytı da adı həmin siyahıda olan “Yüksələn Azərbaycan” qəzetinin bir növ elektron versiyasıdır: "Bu kütləvi informasiya vasitəsini isə adları orada yer alan və şəbəkə kimi fəaliyyət göstərən “Media Azərbaycan”, “Ədalət tribunası”, “Ədalət carçısı” qəzetləri ilə yalnız sivil jurnalistika ilə bir araya sığmayan maraqlar birləşdirir. Həmin KİV-lərə başçılıq edən Kifayət Vəliyeva, Lətif Süleymanov, Araz Süleymanov və Aynur Babayeva isə peşə fəaliyyətinə zidd maraqların təminatı üçün uzun illərdir tərəfdaşlıq etməkdədirlər". 

 

Bütün bunları əsas götürərək “Yuk.az” saytı barədə məsələyə MŞ-nın “Reket jurnalistika”ya qarşı  mübarizə Komissiyasında da baxılması məqsədə müvafiq bilinib.

 

Şirvan şəhər sakini Saleh Salahovun “Təzadlar” qəzeti barədə müraciətinin müzakirəsi zamanı şikayətdə yer alan məqamların konkret mətbu materiala deyil, jurnalist davranışı ilə bağlı olduğu müəyyənləşdirilib. Buna görə də prosedur qaydaların tələblərinə uyğun olaraq müzakirə dayandırılıb. Komissiya şikayətçiyə məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət olunmasını tövsiyə edib.   

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ressam leyla sahbazovanin ferdi sergisi acilib
    Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb...
  • bineqedide avtomobil temiri sexinde yangin olub
    Binəqədidə avtomobil təmiri sexində yanğın olub
bineqedide avtomobil temiri sexinde yangin olub bineqedide avtomobil temiri sexinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Dekabr, 2017

USD
1.7001
 
EUR
2.0032
 
RR
0.0289