Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

metbuat surasinin sikayetler uzre komissiyasinin iclasi kecirilib

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyası 2016-cı ildə son iclasını keçirib. Şuradan APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 6 məsələnin daxil edilməsi qərarlaşdırılıb.

Komissiya üzvləri əvvəlcə Beyləqan rayonunun Təzəkənd kənd sakini Gülnar Yusifova barədə  «ayantv.com» saytında şər və böhtan dolu yazının yayımlanması ilə bağlı müraciəti müzakirə ediblər. Məlumat verilib ki, «Ayantv.com»un yayımladığı materialların əksəriyyətində peşə etikasının tələbləri gözlənilmir. Buna görə də məsələyə MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında da baxılması məntiqi sayılıb. 

 

İclasda «liderpress.az» və «brifinq.az» saytı barədə də eyni ölçü götürülüb.

 

Komissiya üzvləri «vetenperverler.az saytı barədə son vaxtlar Mətbuat Şurasına şikayətlər daxil olmasının da həmin KİV haqqında belə ölçü götürülməsinə əsas verdiyi razılığına gəliblər.

 

Naftalan Şəhər İcra Hakimiyyətinin «starnews.az» saytından şikayətinə baxılarkən komissiya cavabdeh tərəfin etik prinsiplərin bir sıra tələblərinə sayğısız yanaşması barədə rəy qəbul edib. 

 

Komissiya üzvləri Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının «Xəzər» TV-də gedən «Ləzzət ovçusu» verilişi ilə bağlı MŞ-yə ünvanladıqları müraciətə də münasibət bildirib. Çıxarılan rəydə qeyd olunur ki, bu məsələyə baxılması Milli Televiziya və Radio Şurasının səlahiyyətindədir. Buna görə də müraciətin həmin quruma göndərilməsi məqsədəmüvafiq sayılıb.   

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ