MTRŞ: ANS-in yayımı bir ay müddətinə dayandırılıb

mtrs ans in yayimi bir ay muddetine dayandirilib

Bakı. Fərid Mirzəyev – APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası  Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan  etibarən 1 (bir)  ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

 

APA-nın MTRŞ-nın saytına istinadən verdiyi xəbərə görə, bu barədə qərar MTRŞ-nin dünən keçirilən iclasında qəbul olunub. Eyni zamanda, iclasda 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası  Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 11 Dekabr
19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • diplomatlar beynelxalq teskilatlarin numayendeleri ve kiv temsilcilerinin tertere seferi baslayib yenilenib
    Diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və KİV t...
  • dtx nin emekdasi dunya cempionu olub
    DTX-nin əməkdaşı dünya çempionu olub
dtx nin emekdasi dunya cempionu olub dtx nin emekdasi dunya cempionu olub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
2.0024
 
RR
0.0287