MTRŞ: Regionlarda analoq yayımın dayandırılması ilə bağlı narazılıq yoxdur

mtrs regionlarda analoq yayimin dayandirilmasi ile bagli naraziliq yoxdur

“Dekabrın 10-da ölkənin 32 bölgəsində analoq TV yayım vericiləri söndürülüb. Analoq TV yayım vericilərinin söndürülməsindən ötən bir neçə gün ərzində heç bir narazılıq və şikayətlərin olmaması əhalinin bu tədbirə hazırlıqlı olduğundan xəbər verir”.

 

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

 

O qeyd edib ki, Azərbaycanın 30 bölgəsində aparılmış sorğuya əsasən əhalinin 74%-i TV yayımlarını peykdən izləyir: “Mən bu faktı əvvəllər də qeyd etmişdim. Yerüstü yayımı əhalinin yalnız 7,4%-i izləyir ki, bunların bir hissəsi analoq-rəqəmli TV qəbuledicilərindən istifadə edir. LCD və plazma televizorlarının çoxu, xüsusən də 2010-cu ildən sonra satılanlar analoq-rəqəmsal tiplidir”.

 

Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda, dekabrın 10-da Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə,  Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılıb və rəqəmli TV yayımı həyata keçirilir. Analoq yayımın III mərhələdə - 20 dekabrdan Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ