Təmayüllü siniflərin təşkilində çətinliklər yaranıb

temayullu siniflerin teskilinde cetinlikler yaranib

Azərbaycanda təmayüllü siniflərin təşkilində müəyyən çətinliklər meydana çıxıb.

 

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, bir çox kənd məktəbində paralel siniflər yoxdur, hətta bir sıra siniflərdə şagirdlərin sayı çox azdır, halbuki belə siniflərdə də istedadı və marağı ilə seçilən şagirdlər var. Şöbə müdiri qeyd edib ki, mümkün olduğu qədər onların da prosesdən kənarda qalmamasına çalışılıb: “Ona görə də, bir-birinə yaxın məsafədə yerləşən məktəblərdən qabiliyyətli uşaqları seçməklə şəraiti və maddi tədris bazası normal vəziyyətdə olan məktəbdə təmayüllü sinif təşkil edirik. Təmayülləşmənin hər hansı məktəbdə uğurla tətbiqi üçün orada ən azı 3 paralel sinif olmalıdır ki, seçim keyfiyyətli aparılsın. Ancaq bu, heç də həmişə mümkün olmur. Ona görə də uşaqların sayı, meyl və maraqları nəzərə alınmaqla bir sinifdə iki təmayülün tətbiqi təcrübəsindən yararlanmağı qərara almışıq. Tədris planları da bunun əsasında hazırlanıb. Məqsəd ondan ibarətdir ki, marağı və hər hansı fənn sahəsi üzrə təlim göstəriciləri yüksək olan uşaqlar kənarda qalmasınlar”.

 

A. Əhmədov qeyd edib ki, ölkənin bir sıra ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi üzrə təşkilati işlər yekunlaşıb. Onun sözlərinə görə, ötən dərs ilində IX sinfi bitirən şagirdlərin təxminən 40 faizə qədəri təmayüllü X siniflərdə yeni tədris planı və proqramlarla tədrisə başlayıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:53 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyevin turkiyeye resmi seferi basa catib
    Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb...
  • agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur
    Ağdaşda 17 kəndi birləşdirən 2 avtomobil yolu yenidən qurulu...
agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2018

USD
1.7
 
EUR
2.0771
 
RR
0.0276