Azərbaycandilli məktəblər üçün dərs vəsaitləri Gürcüstanın Təhsil Nazirliyinə təqdim olunub

Azərbaycanın Gürcüstandakı səfirliyi Təhsil Nazirliyinin Gürcüstanın azərbaycandilli məktəbləri üçün göndərdiyi dərs vəsaitlərini Gürcüstanın Təhsil və Elm Nazirliyinə təqdim edib.

 
APA-nın yerli bürosunun məlumatına əsasən, 2017-2018-ci tədris ili üzrə Gürcüstanın azərbaycandilli məktəbləri üçün 11 adda 11 500 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi, habelə müəllimlər üçün metodik vəsait göndərilib. 
  

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov dərsliklərin mümkün qədər tez Azərbaycan məktəblərinə çatdırılacağına ümidvar olduğunu bildirib.
 

Gürcüstanım Təhsil və Elm Nazirliyinin dərsliklər üzrə şöbəsinin müdiri Nana Kilasoniya isə deyib ki, gələn həftədən etibarən dərsliklər azərbaycandilli məktəblərə paylanılacaq.
 
  
Qeyd edək  ki, son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd olan “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodik vəsaitlər təqdim edib.
 
 
Hazırda Gürcüstanda tədrisi Azərbaycan dilində olan 124 məktəb var. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23:52 19 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qezada xesaret alanlarin kimliyi melum olub yenilenib
    Bakıda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏN...
  • cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq
    Çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə banklar...
cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301