AzMİU-da “Müasir dövrün su problemləri” adlı elmi konfrans keçirilib

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərsu” ASC və Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondunun təşkilatçılığı ilə Azərbaycanda şollar su kəmərinin çəkilməsinin 100 illiyinə həsr olunmuş “Müasir dövrün su problemləri” adlı elmi-praktik konfrans keçirilib.

 

AzMİU-dan APA-ya bildirilib ki, konfransda universitetin professor-müəllim heyəti, doktorant və magistrləriylə yanaşı, ASC-nin sədr müavini Seymur Seyidov, sədrin müşaviri Çingiz Abdullayev, cəmiyyətin Sukanal ETLİ-nin direktoru Çingiz Qurbanov iştirak edib. Konfransa qatılanlar arasında Qazaxıstandan gələn nümayəndə heyəti də olub. 

 

AzMİU-nun Elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov tədbiri açıb, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov tədbirin aktual mövzuya həsr edildiyini, müzakirələrin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib.

 

Çingiz Abdullayev Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyi günlərində keçirilən belə tədbirlərin su sektorunda mövcud vəziyyətin, problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olduğunu iştirakçıların diqqətinə çatdırıb. O, təmsil etdiyi qurumun istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata  keçirdiyini,  Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin bu gün də səmərəli şəkildə davam etdirildiyini vurğulayıb.  

 

Konfransın ilk plenar iclasında AzMİU-nun müəllimi, texnika üzrə fəlsəfə doktoru Asif Kəngərli “Bakının su təchizatı tarixindən” adlı məruzə ilə çıxış edib. Sonra konfrans bölmə iclaslarında davam etdirilib. 

 

Onu da qeyd edək ki, konfrans 2 gün davam edəcək. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiyenin meshur agir atleti naim suleymanoglu defn edilib fotosessiya
    Türkiyənin məşhur ağır atleti Naim Süleymanoğlu dəfn edilib ...
  • qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib
    Qaxda çətin keçilən dağlıq ərazidə yanğın söndürülüb - YENİL...
qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285