Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi: İlin sonuna kimi bütün sahibsiz itlər zərərsiz hala gətiriləcək

sahibsiz heyvanlara qarsi mubarize idaresi ilin sonuna kimi butun sahibsiz itler zerersiz hala getirilecek

"Bu ilin sonuna kimi Bakıda bütün sahibsiz itlər tam zərərsizləşdiriləcək. Hazırda bu istiqamətdə işlər görülür. İnsanlar yenə də ətrafda sahibsiz itlərə rast gələ biləcəklər, lakin onlar rəqəmlənmiş, sterilizasiya edilmiş, peyvəndlənmiş və insan həyatı üçün tam təhlükəsiz olacaqlar”.

 

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov deyib. 

 

Ə. Əmiraslanov bildirib ki, idarə tərəfindən ay ərzində təxminən 700-800 sahibsiz it götürülərək yoxlanılır və bu məsələdə İDEA İctimai Birliyi yaxından köməklik edir. O qeyd edib ki, sahibsiz itlərin saxlanması, yoxlanılması üçün xüsusi sığınacaqlar mövcuddur və bu gün həmin sığınacaqlarda 600-700 it var: “Sahibsiz itlərlə bağlı idarə, təşkilat, vətəndaşlar telefon və ya yazılı şəkildə idarəyə müraciət edə bilər. Xüsusi ərizə və şikayətlər əsasında ünvanlara gedilir. Hazırda 3 xüsusi təyinatlı maşın və 9 ovçu bu işlə məşğuldur. İtlər xüsusi ləvazimatlar vasitəsilə götürülür, heç bir işgəncə verilmədən - döyülmədən, öldürülmədən xüsusi sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilir. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar məhv edilərək yandırılır. Sağlam itlər isə tərəfimizdən və heyvansevərlərin gətirdiyi yeməklərlə yemlənir, sulanır və saxlanılır. Bundan əlavə, idarə tərəfindən itlərin çoxalmasının qarşısı alınır. İtlər axtalanaraq sterilizasiya edilir ki, yenidən döl artıra bilməsin. Sonradan isə onlar rəqəmlənərək şəhərə buraxılır. Yalnız müraciət daxil olduğu halda itlər ərazilərdən götürülərək müayinə, müalicə edilir. Amma şəhərdə əgər maşın Səməd Vurğun küçəsinə gedirsə, Bakıxanovda sahibsiz it olarsa, o da götürülür. Hər bir vətəndaş sahibsiz heyvanların, itlərin götürülməsi ilə bağlı günün 24 saatı ərzində 5650926/27 nömrəsi ilə əlaqə saxlaya bilər”.


Sahə rəisi qeyd edib ki, Bakıda sahibsiz itlər ən çox şəhərin giriş hissəsində olur. Onun sözlərinə görə, idarəyə Bayıl, Səbail, Mərdəkan, Xırdalan, Biləcəri ərazisindən daha çox müraciət daxil olur: “İDEA təşkilatı tərəfindən sahibsiz itlərin yoxlanılması üçün Ukraynadan baytar həkimlər dəvət edilib. Bu gün bizdə 1 baytar olduğuna görə işlər sürətli getmir. Lakin Ukraynadan dəvət olunan 2 baytar həkim gəldikdən sonra işlər bir az da sürətlənəcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astara sakininden 3 kq tiryek goturulub
    Astara sakinindən 3 kq tiryək götürülüb
  • xudatda tir la vaz in toqqusmasi neticesinde yaralananlardan biri olub yenilenib
    Xudatda TIR-la "VAZ"-ın toqquşması nəticəsində yaralananlard...
xudatda tir la vaz in toqqusmasi neticesinde yaralananlardan biri olub yenilenib xudatda tir la vaz in toqqusmasi neticesinde yaralananlardan biri olub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0859
 
RR
0.0302