BANM və Poltava Milli Texniki Universiteti əməkdaşlıq edəcək

banm ve poltava milli texniki universiteti emekdasliq edecek

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin nümayəndə heyətini qəbul edib.

 

BANM-dən APA-ya bildirilib ki, səfərin məqsədi tədris müəssisələri arası münasibətlərin möhkəmləndirilməsi və ikitərəfli Anlaşma Memorandumunun imzalanması olub. Nümayəndə heyəti Poltava Milli Texniki Universitetinin rektoru, iqtisad elmləri namizədi Vladimir Onişenko, Elm və Təhsil məsələləri üzrə rektorun birinci müavini Boqda Korobko, beynəlxalq əməkdaşlıq üzrə prorektor Svetlana Sivitskaya və idarəetmə heyətinə daxil olan digər önəmli şəxslərdən ibarətdir. 

 

1930-cu ildən bəri fəaliyyət göstərən Poltava Milli Texniki Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbinə olan marağından danışaraq, qısa müddət ərzində əldə edilən nüfuz və nailiyyətlərə görə rektor Elmar Qasımovu təbrik ediblər. 

 

E. Qasımov BANM-in partnyorluq etdiyi universitetlər sırasına qoşulan Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetilə başlanan münasibət və əməkdaşlığın tezliklə öz bəhrəsini verəcəyindən əmin olduğunu qeyd edib.
 
 
 
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
  • bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub
    BSU-da “Uzaq və yaxın Polşa” kitabının təqdimatı olub...
bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295