Bələdiyyələr tərəfindən 2636 hektar torpaq sahəsinin qanunsuz verildiyi müəyyən edilib

belediyyeler terefinden 2636 hektar torpaq sahesinin qanunsuz verildiyi mueyyen edilib

Milli Məclisdə Azərbaycanda bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik məruzəsi dinlənilib.

 

APA-nın məlumatına görə, hesabatı ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
 
Hesabatda bildirilir ki, 2017-ci ildə Azərbaycanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı qəbul olunub: “Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların qanunvericiliyə uyğunluğu yoxlanıb”.

 

V. Zahirov qeyd edib ki, bələdiyyə aktlarının böyük əksəriyyəti qanunvericiliyə uyğun olub. 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə tövsiyələr verilib, 741 akt ləğv edilib və 714 akt dəyişdirilib: “Bələdiyyə aktları yoxlanılarkən torpaq qanunvericiliyinin pozulması halları müəyyən edilib və 2636 ha torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi müəyyən edilib, bu torpaqların bələdiyyələrə qaytarılması istiqamətində tədbirlər görülüb. Bələdiyyələrlə bağlı 24 fakt üzrə materiallar toplanılıb və müvafiq hüquq-mühafizə orqanlarına göndərilib. 14 fakt üzrə cinayət işi başlanıb. Qanun pozuntuları torpaq sahəsinin qanunsuz icarəyə verilməsi, həmin icarədən alınan vəsaitin bələdiyyə büdcəsinə ödənilməməsi, təmir işi ilə bağlı bələdiyyələrin vəsaitlərin mənimsənilməsi, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı olub”.

 

Hesabat səsə qoyularaq qəbul olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301