Binəqədidə “İlin 105 Qızıl beyni” adlı konfrans keçirilib

Binəqədi rayonunda 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş “İlin 105 Qızıl Beyni ” adlı elmi-praktik konfrans keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik  Vaqif Abbasov, millət vəkilləri Musa Qasımlı,  Kəmaləddin Qafarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdən öncə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasının qarşısında Heydər Əliyevin abidəsi ziyarət olunub.

 

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Binəqədi rayonunda 2016-2017-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış edib. Aygün Əliyeva bildirib ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən  diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub, xeyli nailiyyətlər əldə edilib.

Bildirilib ki, ötən 10 il ərzində Binəqədi rayonunda 25 məktəbdə əsaslı təmir aparılıb.  Eyni zamanda, 18 məktəbdə əlavə korpuslar tikilib istifadəyə verilib. Bu il rayonun orta məktəblərini bitirən 2368 məzundan 1417-si ali məktəblərə qəbul olub. 600 və 600-dən yuxarı bal toplayanların sayı əvvəlki illərə nisbətdə göstəricilər yüksələrək – 105 nəfər olub. 

Hesabat çıxışından sonra ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş 267 nömrəli tam orta məktəbin məzunu İlkin Feyzullayev, 135  nömrəli tam orta məktəbin məzunu Vəli Quliyev, 205 nömrəli tam orta məktəbin məzunu Arzu Qubadzadə əldə etdikləri təhsil uğurlarından danışıblar.

 

Daha sonra çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, əməkdar elm xadimi, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, AMEA-nın həqiqi üzvü, Neft-Kimya Prosesləri İnstitutunun direktoru  Vaqif Abbasov  və  millət vəkili Musa Qasımlı çıxışlarında hazırda dünya standartlarına cavab verə biləcək səviyyədə, yüksək keyfiyyətli təhsil almaq üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildiriblər.

 

Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışıb, Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğu bildirib.

Konfransın sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olundular.

  

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib
    Qaxda çətin keçilən dağlıq ərazidə yanğın söndürülüb - YENİL...
  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285