Binəqədidə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

Binəqədi rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi, polkovnik Yusif  Mirzəyev, SHXÇDX-nin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH Aparatının şöbə müdirləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, SHXÇDX-nin rayon idarəsinin əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri,  rayonun orta ümumtəhsil məktəblərinin direktorları və ibtidai hərbi hazırlıq müəllimləri, “Şahinlər” hərbi idman oyununun qalibləri, rayon ərazisində fəaliyyət göstərən ictimai birliklərin sədrləri və fəal gənclər iştirak ediblər.

 

Tədbirdə Cocuq Mərcanlıya həsr olunmuş video çarx nümayiş olunub.

 

X. İsgəndərov bildirib ki, Vətəni sevmək, ona bağlanmaq hər bir şəxsin vətəndaşlıq borcudur. “Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Silahlı Qüvvələrimizin kadrları NATO standartları səviyyəsində hazırlanıb. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır”.

 

Tədbirdə həmçinin Y. Mirzəyev, M. Vəliyev və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış ediblər.

 

Çıxışlardan sonra şəhid Emin Bağırovun və Fəxrəddin Qurbanlının atasına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatlar təqdim edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:32 18 Oktyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev elimizden geleni etmeliyik ki tehlukeli elementler bizim serhedlerden kecmesin yenilenib
    Prezident İlham Əliyev: “Əlimizdən gələni etməliyik ki, təhl...
  • nazir perviz sahbazov turkiyeli hemkari ile gorusmek niyyetindedir
    Nazir Pərviz Şahbazov türkiyəli həmkarı ilə görüşmək niyyəti...
nazir perviz sahbazov turkiyeli hemkari ile gorusmek niyyetindedir nazir perviz sahbazov turkiyeli hemkari ile gorusmek niyyetindedir +2
MƏZƏNNƏ
FOREX
/ 19 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2
 
RR
0.0297