BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına tərəf dövlətlərin sessiyası keçirilib

bmt nin korrupsiya eleyhine konvensiyasina teref dovletlerin sessiyasi kecirilib

Noyabrın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya əleyhinə Konvensiyasına tərəf dövlətlərin 7-ci sessiyası öz işini başa çatdırıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konvensiyaya tərəf olan 183 dövləti, müşahidəçi statusuna malik ölkələri, beynəlxalq və qeyri-hökumət təşkilatlarını təmsil edən 1800-dən çox nümayəndənin iştirak etdiyi konfransda təşkilatın Korrupsiya əleyhinə Konvensiyasının icrası istiqamətində həyata keçirilmiş tədbirlərə dair ölkələrin məruzələri dinlənilib, eləcə də korrupsiyanın qarşısının alınması, cinayət yolu ilə əldə edilmiş gəlirlərin bərpası, həmçinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı dinləmələr keçirilib, müvafiq qətnamə layihələri müzakirə edilərək qəbul edilib.

 

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov daha öncə mətbuatda geniş işıqlandırılan plenar iclasın açılışında çıxışı zamanı “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti və korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində ölkəmizin təcrübəsi və nailiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Korrupsiya cinayətlərinin aşkara çıxarılması ilə bağlı xüsusi iclasda çıxış edən Azərbaycan baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qanunvericilik və institusional islahatlar, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə məlumat verib. Bu kateqoriyadan olan cinayətlərin istintaqı zamanı müxtəlif ölkələrin hüquq mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanaraq Baş İdarə tərəfindən fəaliyyəti təmin edilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) bu istiqamətdə əhəmiyyəti xüsusi qeyd edilib.

 

Tədbir müddətində bir sıra ölkələrin nümayəndə heyətləri ilə keçirilən ikitərəfli görüşlər çərçivəsində ölkələrimizin korrupsiyaya qarşı mübarizə qurumları arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icra vəziyyəti ilə bağlı Azərbaycanın 2-ci dövri icmalının təşkili ilə bağlı məsələlər müzakirə olunub.

 

Konfrans müddətində korrupsiya cinayətlərinin qarşının alınması və təqibi, əmlakın bərpası, habelə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın gücləndirilməsi barədə qəbul edilən qətnamələr və digər sənədlər bu sahədə fəaliyyətin daha da təkmilləşdirilməsinə zəmin yaradacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti pyotr porosenko ile gorusub
    Azərbaycan prezidenti Pyotr Poroşenko ilə görüşüb
  • prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib
    Prezident İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət e...
prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.0123
 
RR
0.0291