BSU rektoru birinci kurs tələbələri ilə görüşüb

Bakı Slavyan Universitetində (BSU) universitet rəhbərliyinin 1-ci kurs tələbələri ilə görüşü keçirilib.

 

BSU-dan APA-ya bildirilib ki, rektor professor Nurlana Əliyeva tələbələrə müraciət edərək onların həyatında yeni bir mərhələnin başlandığını vurğulayıb. O, BSU-nun tələbələrinin universitetə öz doğma ocaqları kimi baxmalarının vacibliyini qeyd edib: “Mən istəyirəm, hər bir tələbə öz universiteti ilə fəxr etsin, bu sevgi onun qəlbinə, ruhuna hopsun”. 

 

Rektor əvvəllər M. F .Axundov adına Rus Dili və Ədəbiyyatı adlanan institutun 17 il öncə Heydər Əliyevin təşəbbüsü ilə Bakı Slavyan Universitetinə çevrildiyini, onun xeyir-duası  ilə fəaliyyətə başladığını bildirib.

 

N. Əliyeva hazırda universitetin əksər slavyan ölkələri ilə sıx əlaqələrə malik olduğunu, universitetdə 11 tədris-mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, BSU-nun ən çox Rusiyanın ali məktəbləri ilə əməkdaşlıq etdiyini, bu ölkənin 27 universiteti ilə tələbə-müəllim mübadiləsi aparıldığını bildirib.

 

Rektor universitet daxilində yaradılmış mühitin multikulturalizmə layiqli töhfə olduğunu  nəzərə çatdırıb. O, Azərbaycanın bu məsələdə demokratiya tarixi 250 il olan dövlətlərdən də irəlidə olduğunu bildirib. Bununla bərabər, rektor gənclərin milli –mənəvi dəyərlərə  ehtiramla yanaşmanın da önəmli məsələ olduğunu qeyd edib. O, xatırladıb ki, bizim gənclik həm də öz vətənpərvərlik və patriotizm duyğuları ilə fərqlənir. Rektor buna misal olaraq, ötən il aprel döyüşlərində Azərbaycan əsgərlərinin və zabitlərinin göstərdiyi qəhrəmanlığı və igidliyi yüksək qiymətləndirib.           

 

N. Əliyeva və prorektorlar gəncləri maraqlandıran suallara cavab veriblər.

 

Tədbirin ardından universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanovanın rəhbərliyi ilə Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin əməkdaşları musiqi, rəqs və bədii qiraət bacarığı olan istedadlı I kurs tələbələri arasında seçim aparıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
  • bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub
    BSU-da “Uzaq və yaxın Polşa” kitabının təqdimatı olub...
bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295