Bu il Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı açıqlanıb

bu il tecili texiresalinmaz tibbi yardim stansiyasina daxil olan muracietlerin sayi aciqlanib

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 113 dispetçer mərkəzinə 2017-ci ilin yanvar – iyul ayları ərzində ümumilikdə 609 cağırış daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu cağırışlar 1045 pasienti əhatə edib, onlardan 782 nəfəri hospitalizasiya edilib. Çağırışlardan 509-u yol-nəqliyyat hadisələri, 84-ü terapevtik hallar, 7-si müxtəlif travmalar ilə əlaqədar olub.
 
Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Konsultativ Bölməsi üzrə 2017-ci ilin yanvar – iyul ayları ərzində ümumilikdə 871 çağırış həyata keçirilib. Qeyd edilən müddət ərzində telesəhiyyə vasitəsilə 21 ixtisas üzrə məsləhətçi həkim tərəfindən 161 pasientə 216 məsləhət verib. Təhlil olunan müddət ərzində telesəhiyyə vəsitəsilə məsləhət verilmiş 161 pasientdən 59-nun Bakı şəhərinin xəastəxanalarına köçürülməsinə qərar verilib.
 
2017-ci ildə 1 yanvar – 31 iyul müddəti ərzində 595 pasientə konsultativ xidmət göstərilib. 2017-ci il ərzində 595 pasientdən konsultativ bölmənin mütəxəssislərin məsləhəti və müşahidəsi ilə 266 pasient daha yüksək səviyyəli tibb müəssisəsinə köçürülüb. Köçürülmüş pasientlərdən 235-i Bakı şəhərinin tibb müəssisələrinə yerləşdirilib. Hesabat dövrü ərzində SN TTTYS mütəxəssislərin iştirakı ilə yerlərdə 18 cərrahi əməliyyat aparılıb. Əməliyyatların əksəriyyəti hamiləlik patologiyası, travmalar, kəskin daxili qanaxmalar və s. olub.

Təhlil olunan müddət ərzində Səhiyyə Nazirliyinin göstərişi ilə konsultativ bölmənin nəqliyyat vasitələri ilə perinatal xidmət, hematologiya, cərrahiyyə və digər sahələr üzrə xüsusiləşdirilmiş briqadalar 98 dəfə ezam edilib.
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qubada ayi ovlayan sexsler saxlanilib
    Qubada ayı ovlayan şəxslər saxlanılıb
  • hhq nin hava hucumundan mudafie bolmesinin yeni yasayis kompleksinin acilisi olub
    HHQ-nin hava hücumundan müdafiə bölməsinin yeni yaşayış komp...
hhq nin hava hucumundan mudafie bolmesinin yeni yasayis kompleksinin acilisi olub hhq nin hava hucumundan mudafie bolmesinin yeni yasayis kompleksinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287