Dövlət Mülki Aviasiya Administrasiyasının uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı səlahiyyəti ləğv edilib

dovlet mulki aviasiya administrasiyasinin ucuslarin yerine yetirilmesi ucun icazelerin verilmesi ile bagli selahiyyeti legv edilib
Pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron formada həyata keçiriləcək

Dövlət Mülki Aviasiya Administrasiyasının Azərbaycandan və ya Azərbaycana uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu ilə bağlı elektron xidmət təqdim etmək səlahiyyəti ləğv olunub.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Elektron xidmət növlərinin Siyahısı”na müvafiq dəyişiklik edib.

 

Digər dəyişikliyə əsasən Dövlət Mülki Aviasiya Administrasiyası məsafədən idarə edilən pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulunun elektron formada həyata keçirəcək.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il 2 fevral tarixində “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ressam leyla sahbazovanin ferdi sergisi acilib
    Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb...
  • bineqedide avtomobil temiri sexinde yangin olub
    Binəqədidə avtomobil təmiri sexində yanğın olub
bineqedide avtomobil temiri sexinde yangin olub bineqedide avtomobil temiri sexinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Dekabr, 2017

USD
1.7001
 
EUR
2.0032
 
RR
0.0289