Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

dovlet qulluguna qebul olmaq isteyenler ucun sinaq imtahanlari kecirilecek

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə  15, 22, 29 noyabr və 2, 6 və 13 dekabr tarixlərində təşkil olunacaq.

 

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

 

Qeyd olunan imtahanlarda iştirak etmək üçün online qeydiyyat tarixləri barədə ətraflı məlumat almaq üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

 

Qeyd olunub ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.azsaytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • berlinde xocali soyqiriminin 26 ci ildonumu ile elaqedar simpozium kecirilib
    Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar sim...
  • gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib
    Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda müasir istixa...
gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib gurcustanda azerbaycanlilarin yasadigi rayonda muasir istixana acilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301